Qırğız Respublikası Baş nazirinin müavini Gülmirə Kudayberdiyeva gələn həftə Azərbaycana səfərə gələcək.
G.Kudayberdiyeva sentyabrın 29-30-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumda Qırğız nümayəndə heyətinə rəhbərlik edəcək.
Hökumətin sərəncamına əsasən, nümayəndə heyətinin tərkibinə həmçinin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin Turizm departamentinin direktoru Azamat Cankulov və Hökumət Aparatının Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini Meder Utebeyev də daxildir.