Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Vətəndaş Müqaviləsi” partiyasının Avropa İttifaqının aparıcı transmilli siyasi partiyası olan Avropa Xalq Partiyasının (AXP) tərkibinə daxil olması ilə bağlı danışıqlar aparır.
EDnews xəbər verir ki, bu barədə “Euractiv” yazır.
Məlumata görə, hələlik nə rəsmi qərar qəbul edilib, nə də dəqiq müddətlər təsdiqlənib.
Bununla belə, Paşinyan artıq bu istiqamətdə marağını ifadə edib və ümumavropa siyasi birliyinin “Vətəndaş Müqaviləsi”nin üzvlüyünü 2026-cı ilin sonlarında təsdiqləyə biləcəyi bildirilir.






.png)
