Türkiyədə CHP daxilində gərginliyin artması fonunda partiya tərəfdarları parlament binası və qərargah qarşısına toplaşıblar.
EDnews xəbər verir ki, Türkiyədə CHP daxilində siyasi gərginlik yenidən artıb.
CHP fraksiyasının iclasından əvvəl partiya üzvləri Türkiyə parlamentinin qarşısına toplaşıblar.
Onlar qarşısında çıxış edən CHP lideri Özgür Özel keçmiş sədr Kamal Kılıçdaroğlunun tərəfdarlarını fraksiya iclasını sabotaj etməyə çalışmaqda ittiham edib.
“Seçilmiş şəxs yox, təyin olunmuş şəxs mövqe tutmalı idi. Siz buna mane oldunuz”, – deyə Özel bildirib.
Özgür Özel parlament binasının qarşısına gələn CHP üzvlərinə təşəkkür edib.
Bu arada Kılıçdaroğlu tərəfdarlarının da CHP qərargahının qarşısına toplaşdığı bildirilir.
Gərginlik fonunda Türkiyə Böyük Millət Məclisinin ziyarətçilər üçün bağlandığı qeyd olunur.





.png)

