“Səsvermə çox yaxşı təşkil olunub” - AŞPA məruzəçisi | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


“Səsvermə çox yaxşı təşkil olunub” - AŞPA məruzəçisi

Siyasət A- A A+
“Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var”.
 
Bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib. O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: “Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq”.
  
Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...