Bugün Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymədən müalicə aldığınıa görə, oktyabrın 12-dən 14-dək olan müddətdə Azərbaycan və Ermənistana səfər etməyəcək.
"Eurasia Diary" TASS-a istinadən məlumat verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat katibi Aydos Ukibay bildirib.
"Bəzi düzəlişlər edilib və bu həftənin sonuna qədər döblət başçısının beynəlxalq tədbirlərdə iştirakı planlaşdırılmır. Yerevanda KTMT-nin iclaslarında Qazaxıstanın baş naziri iştirak edəcək", - A.Ukibayın bəyanatında deyilib.
Qeyd edək ki, mətbuat katibinin sözlərinə görə, N.Nazarbayev hazırda soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir, ümumilikdə onun sağlamlıq vəziyyəti heç bir narahatlığa əsas vermir.