Bugün Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb.
Qeyd edək ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.