Cenevrədə Xocalı soyqırımı haqqında həqiqətlərdən danışılıb

Siyasət 09:30 17.10.2016
İsveçrənin Cenevrə şəhərində 120 diplomatın, QHT nümayəndələrinin, tədqiqatçıların və Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş anım tədbiri keçirilib.
 
Tədbir Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilib.
 
Anım tədbirində kinematoqrafiya sahəsində dünyanın ən nüfuzlu mükafatlarının qalibi olan “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib və “Xocalı müharibə cinayətinin şahidi – Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı keçirilib.
 
Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov qeyd edib ki, “Sonsuz Dəhliz” filmi adi statistik sənədli film deyil, müharibə nəticəsində təsirə məruz qalmış insanların ruhunu ehtiva edir. Hər bir ölümün arxasında insan taleyi durur. Film Xocalıda sağ qalmış bəzi şəxslərin həyat hekayələri barədədir.
 
“Bir gecədə bütün şəhər məhv edildi. Bu qırğın Srebrenitsa və Ruanda soyqırımları ilə üst-üstə düşdüyündən beynəlxalq ictimaiyyət tərəfindən gözədəyməz oldu. Mən “Reuters”, “AFP” informasiya agentliklərinin, “Human Rights Watch” təşkilatının və “Nyu-York Times” qəzetinin əməkdaşlarının ictimaiyyətin diqqətini cəlb etmək üçün səfərləri və Xocalı barədə araşdırmalarını xatırlatmaq istəyirəm. Danışıqlar 25 ildir ki, davam edir. Mən bu danışıqlar başladıqdan bir qədər sonra diplomatik xidmətə başlamışam və bir müddət sonra təqaüdə çıxacağam, amma proses hələ də davam edir. TEAS Azərbaycanın dünyanın diqqət mərkəzində saxlanılması istiqamətində böyük işlər görür və mən Azərbaycan vətəndaşı olaraq öz minnətdarlığımı bildirirəm”, - deyə səfir vurğulayıb.
 
Avropa Azərbaycan Cəmiyyətinin Fransa nümayəndəliyinin direktoru Mari-Laetitia deyib: “Həmin dövrün hərbi rəhbərlərindən biri olan Serj Sarkisyan indi Ermənistan prezidentidir. Bu kütləvi insan qırğını hələ ki, Ermənistan tərəfindən tanınmasa da qətliamın baş verməsini təsdiq edən inkarolunmaz faktlar mövcuddur. Gəlin Xocalı qırğınının, keçmişdəki və indiki bütün müharibələrin qurbanlarının xatirəsini anaq. Ümid edirik ki, yaxın gələcəkdə bu münaqişə beynəlxalq hüquqa söykənmiş ədalətli sülhlə həllini tapacaq, Azərbaycanın və Ermənistanın qonşu olaraq sülh şəraitində yaşamasına imkan verəcək”.
 
“Sonsuz Dəhliz” filminin qəhrəmanı, litvalı müharibə reportyoru Rikardas Lapaitis hadisələri ürəkağrısı ilə xatırlayaraq bildirib: “Mən hələ də məni izləyən və taleyimi dəyişən bu dəhşətli hadisələrin canlı şahidiyəm. Hadisə qurbanlarının Ağdam məscidinə gətirilməsini müşahidə etmişəm. Öldürülənlərin bir çoxu ayaqqabısız idilər. Qətlə yetirilmiş bir qızın başında yanğı və güllə izləri görünürdü. Altı yaşlı qızın başı yox idi və bədəninin belin aşağı nahiyəsində yaralar var idi. Bir çox cəsədlərdə işgəncənin izləri, qırılmış dişlər, kəsilmiş barmaqlar və qulaqları görmək olardı. Həkimlər deyirdilər ki, 13-16 yaşlı zorlanmış qızları müayinə ediblər. Bir çox Xocalı qurbanları amputasiyalara məruz qalıb və ya güllələniblər.
 
Ermənilər və onlarla birgə Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslər Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqları Bəyannaməsinə, Fövqəladə Vəziyyətlərdə və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi üzrə Bəyannaməyə və BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş bir sıra digər sənədlərə zidd davranış nümayiş etdiriblər.
 
Xocalı qırğınının törədilməsində iştirak etmiş şəxslər Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunmalıdırlar. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan bu cinayətkarlar sırasındadırlar.
 
Xocalı sakinləri hazırda Azərbaycanın 48 rayonunda məskunlaşıblar və erməni təcavüzünün sona çatmasını gözləyirlər. Mən müntəzəm olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə yaxın ərazilərə səfərlər edirəm. Ermənistan hərbi qüvvələri tərəfindən gecə hücumları, sabotaj, evlərin və təsərrüfat torpaqlarının yandırılması və hətta məktəblərin atəşə tutulması halları bu gün də davam etməkdədir”.
 
“Xocalı müharibə cinayətinin şahidi – Ermənistan müttəhimlər kürsüsündə” kitabının redaktoru İan Peart deyib: “Mənim üçün Yasəmən Həsənovanın şahid ifadəsi ən güclü təsir bağışlayıb. Onun o dövrdə 12 yaşı var idi. Altı ay davam edən hücumlar 1992-ci ilin fevral ayında artıq başqa xarakter alıb. Yasəmənin atası yerli özünümüdafiə qüvvələrində idi və bu hücumun baş verəcəyini gözləyirdi. Artıq aydın idi ki, sağ qalmaq üçün yalnız təhlükəsiz yerə sığınmaq lazım idi. Onun anası ərindən ayrı getməyə razı olmadığına görə Yasəmən əmisi ilə çıxdı. Çayı və meşəni keçəndən sonra onlar düzənliyə çıxdılar və burada gülləborana tutuldular. Yasəmən fiziki xəsarət almadan sağ qaldı.
 
Yasəmənin atasının cəsədi illər sonra tapıldı. O, indi Bakıdakı Şəhidlər xiyabanında milli qəhrəman olaraq uyuyur. Yasəmənin anasının taleyi hələ də qaranlıqdır və güman olunurdu ki, o, ermənilər tərəfindən girov götürülüb. Lakin sonradan Yasəmən televiziya proqramlarının birində anasının cəsədini quyunun yanında bağçada uzandığı yerdə görüb. Yasəmən deyir: “Mən güman etmirəm ki, hər hansı bir qız öz anasının ölümünə sevinə bilərdi. Amma ən azından mən əmin oldum ki, anam ermənilər tərəfindən girov olaraq işgəncələrə məruz qalmayıb”.
 
Yasəmən indi Xocalı sakinləri üçün məktəbdə müəllim kimi çalışır. Mən ondan soruşanda ki, o, öz şagirdlərinə Xocalı soyqırımı barədə nə danışır, o cavab verdi ki, mən onlara Xocalının necə gözəl şəhər olduğunu deyirəm”.
 
İan Peart məlumat verib ki, nəşr mümkün qədər obyektivdir. Xarici medianın hadisə barədə hesabatları, xarici akademik və insan hüquqları fəallarının təhlilləri kitabda öz əksini tapıb.
 
O, daha sonra BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsindən biri olan 822 saylı qətnaməsinin mətnini oxuyub.
 
İan Peart çıxışını bu sözlərlə bitirib: “Erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması tələbinin əks olunduğu qətnamələr 1993-cü ildə qəbul edilib. Mən bu gecədə BMT-də işləyənlərdən soruşuram: Bəs BMT Təhlükəsizlik Şurasının bu tələblərinin dəyəri nədir?” 
 
 
 
 
 
 
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı