İranın Azərbaycandakı səfirliyindən "Eurasia Diary" - yə məlumat verilir ki, İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək.
Məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.
Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək.
Qeyd edək ki, Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar.