20 oktyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov arasında görüş olub.
“Eurasia Diary”nin verdiyi məlumata görə, Bəxtiyar Əsgərov Misirli həmkarına nümayəndəliyin fəaliyyəti, Naxçıvan Muxtar Respublikasında aparılan işlər, iqtisadi inkişaf, turizm sahəsində baş verən dəyişikliklər haqqında ətraflı məlumat verib. Əhməd Sami Elaydi Səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycanda fəaliyyətə başladığı dövrdən həyata keçirdiyi işlər barədə söhbət edib.
Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, əməkdaşlığın davamlı olması üçün bir sıra layihələrin və mədəni əlaqələrin inkişafına dair planların hazırlanması barədə müzakirələr aparılıb.