Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva 21 oktyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.
“Eurasia Diary” xəbər verir ki, görüş zamanı Gülşən Paşayeva Misirli nümayəndəyə SAM-ın fəaliyyəti, Azərbaycanın dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası, bir sıra ölkələrdə aidiyyatı qurumlar ilə əməkdaşlıq haqqında məlumat verib.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi öz növbəsində qonağa rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti, apardığı işlər haqqında verib. Tərəflər arasında SAM ilə birgə tədbirlərin, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün zəruri layihələrin həyata keçirilməsi haqqında fikir müdabiləsi aparılıb.