"Nalbandyanın açıqlaması faşist təfəkkürlü insanlarla sülh və birgəyaşayış haqqında danışmağın qeyri-mümkünlüyünü göstərir" Azərbaycan XİN

Siyasət 16:35 21.10.2016
“Münaqişənin yeganə mümkün həlli Azərbaycan ərazilərinin işğaldan azad olunması, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır”
 
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın  jurnalistlərin ümumerməni forumundakı çıxışına münasibət bildirib.
 
H. Hacıyev açıqlamasında bildirib ki, Ermənistan xarici işlər nazirinin açıqlaması ötən əsrdə I və II dünya müharibələrinin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin məntiqinə bənzəyir: “Diplomatiya ünsiyyət qurmağı və danışıqlar yolu ilə məsələlərin həllini tələb etsə də, bu açıqlama feodal və faşist təfəkkürlü insanlarla sülh və birgəyaşayış haqqında danışmağın qeyri-mümkünlüyünü bir daha göstərir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və Azərbaycan icmasının muxtar statusda yenidən birgə yaşaması kimi konstruktiv yanaşmanı “təhdid” kimi dəyərləndirən Ermənistan rejimindən bundan artıq nə gözləmək olar?”
 
H. Hacıyev deyib ki, Azərbaycanın münaqişəni həlli ilə əlaqədar mövqeyi aydın, qəti və konstruktiv xarakter daşıyır: “Dövlətimizin başçısı tərəfindən “Sputnik” informasiya kanalına verilmiş son müsahibədə bu mövqe bir daha aydın şəkildə ifadə olundu. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, Helsinki Yekun Aktı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə əsaslanır. Münaqişənin yeganə və mümkün həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının ölkəmizin tərkibində muxtar statusda yenidən sülh şəraitində birgə yaşayışıdır. Yalnız Ermənistanın və erməni lobbisinin təsiri altında olan bəzi məhdud dairələr Qarabağın “müstəqilliyi” kimi utopik və cəfəng fikirlərlə Azərbaycana təzyiq göstərməyə çalışır və bunun mümkünsüzlüyünü görərək, Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Ermənistan tərəfi ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına tez-tez istinad etsə də, hələ onların mahiyyətini dərk etmir. Bu bəyanatlarda birinci addım kimi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Bəyanatlarda istifadə olunan güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri Helsinki Yekun Aktından irəli gəlir. Helsinki Yekun Aktında isə xalqların öz müqəddəratını təyin etməsi prinsipi ifadəsinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına xələl gətirməməsi təsbit olunub.  Ermənistan xarici işlər nazirinin özünün də etiraf etdiyi kimi, bu prinsiplər tam xarakter daşıyıq və biri-digərinə qarşı ola bilməz. Münaqişənin həlli ilə əlaqədar planlar da hər kəsə çox yaxşı məlumdur. Tragikomik səhnələr, təxribat və bəhanələrlə münaqişənin həllinə maneə olan tərəfin də Ermənistan olduğu hamıya yaxşı məlumdur. Ermənistanın xunta rejiminin münaqişə xofu altında yürütdüyü siyasət nəticəsində Ermənistanın gələcəyi yoxdur. Ölkə əhalisinin 70 faizindən çoxu nəinki yoxsulluq, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Xarici borcun real gəlirləri üstələməsi Ermənistanın tam defolta yaxınlaşmasının göstəricisidir. Siyasi mənsubiyyətinə və baxışına görə insanların öldürülməsi və terrora məruz qalması, polis və dövlətin nəzarətində olan qeyri-qanuni silahlı qruplaşmaların zorakılığı Ermənistanda insan hüquqlarının dözülməz vəziyyətdə olduğunu göstərir. Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində dünyada yeganə monoetnik tərkibli dövlətdir”.
 
H. Hacıyevin sözlərinə görə, heç kim qonşuluğunda ac və yoxsul ölkənin olmasını istəmir, o cümlədən Azərbaycan: “Bu kimi ucuz və cəfəng təbliğatla və mif yaradıcılığı ilə məşğul olaraq, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə Ermənistan rəhbərliyi münaqişənin həlli prosesində konstruktiv addımlar atmalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır. Ermənistan rejimi bu reallığı nə qədər tez dərk edərsə, erməni xalqı da bir o qədər tez regiondakı sülh və əməkdaşlıqdan faydalana bilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan xalqının haqlı tələbidir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suverenliyin təmin edəcək”. 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı