İran İslam Resplikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İŞİD terrorçularının İraqın Kərkük şəhərinə hücumlarını pisləyib.
İran XİN-in mətbuat xidmətindən verilən məlumata görə, XİN sözçüsü Bəhran Qasimi qeyd edib: "İraqda terrorçular son nəfəslərini alırlar və onların tərəfindən terrorların törədilməsi və mülki əhalini öldürməsi onların döyüş meydanındakı öz məğlubiyyətlərinin intiqamını almaq xarakteri daşıyır".
XİN sözçüsü bu vəhşi hərəkətdən təəssüfləndiyi və kəskin şəkildə ona nifrət etdiyini bildirərək Kərkükdə baş verən terrorçu hücumları nəticəsində şəhid olan iranlıların ailələrinə baş sağlığı verib.
Bu gün İŞİD terrorçularının İraqın şimalında yerləşən Kərkük şəhərinə hücumunda ən azı 16 nəfər həlak olub, onlardan 4-ü iranlı mühəndis olublar.
İŞİD terrorçuları Kərkükdə dövlət binalarına, polis qərargahlarına, eləcə də patrul müşahidə dəstələri və yoxlama-buraxılış məntəqələrinə hücum ediblər.