"Eurasia Diary" xarici KİV - ə istinadən məlumat verir ki, D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey WNYM radiostansiyasına müsahibəsində bildirib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçki qərargahı rəqib Demokratlar Partiyasının namizədi Hillari Klintonla müzakirələrin dördüncü mərhələsinin keçirilməsini istədiklərini dilə gətirib.
Belə ki, "Açığı, daha çox debat görmək istərdim. Məncə, belə müzakirələr ölkəyə faydalıdır. Demokratların vaxtı olsa, daha bir debat təşkil etmək istəyirik" - deyə, K.Konuey vurğulayıb.
Qeyd edək ki, sonuncu - üçüncü müzakirələr oktyabrın 19-da keçirilib.
ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də baş tutacaq.