"Eurasia Diary" Hindistan KİV-inə istinadən məlumat verir ki, Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.
Belə ki, saxlanılan Mahmud Axtar son üç ildə diplomatik nümayəndəlikdə çalışıb və diplomatik pasporta da malikdir. Bu gün polis məntəqəsində sorğu-sual edilən səfirlik əməkdaşı diplomatik toxunulmazlığı olduğundan sonradan sərbəst buraxılıb.
Qeyd edək ki, polis qəsdən sənəd sızması olduğunu ehtimal edir. Mahmud Axtarda olan gizli sənədlər Hindistanın müdafiə strategiyası ilə əlaqəlidir.