"Eurasia Diary" xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Suriya münaqişəsi bütün həyatı boyu qarşılaşdığı ən ağır diplomatik problemdir.
Belə ki, Kerri həll yolu tapılacağına ümid etdiyini bildirib: “Mən inanıram ki, sonda biz İkinci dünya müharibəsindən bəri ən ağır humanitar böhranın həlli yolunu tapa biləcəyik. Bu böhranı qaçqınlara sadəcə çek yollamaqla həll etmək mümkün deyil”.
Dövlət katibinin sözlərinə görə, “biz qaçqın axınını, müharibəni dayandırmalıyıq”.
Bununla yanaşı, Con Kerri qeyd edib ki, münaqişənin nizama salınmasının yeganə yolu seçkilər, keçid hökuməti, Suriyanın bütövlüyü, bütün azlıqların hüquqlarına hörmət etmək, dövlətin dünyəviliyidir: “Əgər biz bu zirvələri fəth edə bilsək, o zaman nə mən, nə də prezident Obama bu müharibəni bitirmək üçün səlahiyyətimizdə olan diplomatik mexanizmlərdən istifadə etdiyimiz üçün üzr istəyəcəyik”.