"Eurasia Diary" məlumat verir ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi mütəmadi olaraq Azərbaycan və Ermənistana səfərlər edir, bu barədə Aİ-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
Qeyd edək ki, onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləmək xüsusi nümayəndənin mandatına daxildir: "Avropa İttifaqı ilə tərəflərlə kontaktda olmaq çox vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun vasitəçilik missiyasını güclü şəkildə dəstəkləyirik".