"Eurasia Diary" məlumat verir ki, ITV-nin efirində “Ortaq Məxrəc” verilişinin növbəti buraxılışı yayımlanıb.
Bu dəfəki verilişin qonaqları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov və "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev olub.
Əsas müzakirə mövzusu isə Azərbaycan Prezidenti İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında imzaladığı fərman olub.
Verilişdə çıxış edən BAMF sədri Umud Mirzəyev bildirib ki, bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər var idi ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir.
Verilişdə aparılan müzakirələrə daha ətraflı aşağıdakı videoda baxa bilərsiniz :