Birləşmiş Ştatların Əfqanıstandakı səfirliyi "təhlükəsizlik tədbirləri" səbəbindən bağlanıb.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin bağlanması ABŞ-ın Kabil yaxınlığında yerləşən "Baqram" hərbi bazasına silahlı hücumdan sonra baş tutub.
Hücum nəticəsində iki Amerika əsgəri və iki müqavilə üzrə qulluq edən hərbçi həlak olub. Hücumda məsuliyyəti Taliban öz üzərinə götürüb.