Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrinin növbəti sammitinə Estoniya sədrlik edəcək.
Bu haqda Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, növəbti tədbir 2017-ci ilin birinci yarısında Brüsseldə Estoniyanın sədrliyi ilə keçiriləcək.
Xəbərə görə, 2017-ci ildən Estoniya Aİ-yə sədrlik edəcək.
Xatırladaq ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.