“Bu ilin mayında Vyana ATƏT-in sammitinə ev sahibliyi edəcək".
Bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırdır: “Ancaq bu təşəbbüs haqda danışmaq hələlik tezdir. Bu, daha çox regionda hadisələrin inkişafından asılıdır. Əgər Azərbaycan və Ermənistan istəsə, biz görüşü təşkil etməyə hazırıq”.
Qeyd edək ki, ATƏT-in sammiti 2010-cu il dekabrın 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçirilib.