Xaricdə yaşayan litvalıların mətbu orqanı olan Drauqas qəzetində Dağlıq Qarabağ ilə bağlı məqalələr dərc edilib

Siyasət 11:14 23.11.2016
Xaricdə yaşayan litvalıların ən nüfuzlu mətbu orqanı olan və litva dilində nəşr edilən “Drouqas” qəzetində Dağlıq Qarabağ və Azərbaycan həqiqətləri ilə bağlı dərc olunmuş 3 məqaləni təqdim edirik. Məqalə cari ilin oktyabr ayında 5-ci Bakı Humanitar Forumunda iştirak edən​ Litvanın tanınmış jurnalisti Qintaras Visotskas və tarixçi alim Alqimantas Liyekisin Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə​​ səfər etdikləri Tərtərin cəbhəyanı kəndlərində və Quba Soyqırım Memorial Kompleksində gördükləri həqiqətlər üzərində qurulubdur.
 
Çikaqoda 1909-cu ildən nəşr edilən və Amerika, Avropa, Kanada və Avstraliyada yayılan “Drauqas” qəzeti dünyada ən qədim Litva qəzetidir. Bu qəzetdə slaptai.lt internet-portalının baş redaktoru Gintaras Visotskasın “Erməni separatçıları tərəfindən buraxılan mərmilərin partladığı yerdə”, “International Eurasia Press Fund”un rəhbəri Umud Mirzəyev: Azərbaycanın əsas vəzifəsi Dağlıq Qarabağı özünə qaytarmaqdır” və “Azərbaycanın Quba rayonu hansı faciəni xatırlayır?” adlı məqalələri dərc edilib.
 
 
“Erməni separatçıları tərəfindən buraxılan mərmilərin partladığı yerdə” məqaləsində Gintaras Visotksas tarixçi Algimantas Lekis ilə birlikdə Azərbaycanın Tərtər rayonuna səfər etməsi, orada evləri daim atəşə tutulan insanların necə yaşadıqlarını öz gözü ilə görməsi barədə söhbət açır. Jurnalist yazır: “Bu gecə başları üstündə yenə raketlər, mərmilər, güllələr vıyıldamayacaq ki?, - deyə daim gərginlik içində olan qocalar, qadınlar və uşaqlarla söhbət etmək istəyirdim”.
 
G.Visotkas “International Eurasia Press Fund”un onu müşayiət edən nümayəndəsi Ramil Əzizovla birlikdə rayonun Marağa, Şıxarx və Qapanlı kəndlərində, həmçinin erməni separatçılarının mövqelərinin yaxınlığında yerləşən Həsənqaya qəsəbəsində olub, qəsəbənin sakinləri ilə görüşüb, partladılan evlər, zərər çəkmiş dinc sakinlər, mərmi partlayışları nəticəsində eybəcər vəziyyətə düşmüş insan cəsədləri barədə çox kədərli əhvalatlar eşidib. Burada hətta həyətlərdə oynayan uşaqlar da işğal edilmiş Dağlıq Qarabağda mövqelərini möhkəmlətmiş erməni hərbiçilərinin bu uşaqları nişan almadıqlarına əmin deyildirlər. Azərbaycan hökuməti dağıdılmış evlərin bərpa olunmasına kömək edir.
 
Azərbaycanın Tərtər rayon administrasiyasının litvalı qonaqları səfərdə müşayiət edən rəhbərlərindən biri təəssüflə bildirib ki, Qərb bir milyona yaxın azərbaycanlı qaçqının məruz qaldığı fiziki və mənəvi əzablar barədə eşitmək belə istəmir. Rayon administrasiyasının nümayəndəsi əmindir: “Görünür, Azərbaycanın Cənubi Qafqaz regionunda nüfuzlu siyasi aktora çevrilməsi Qərb üçün qəbuledilməzdir. Buna görə də o, bizim qanlı yaramız olan Dağlıq Qarabağın işğal altında daha çox qalması üçün əlindən gələn bütün tədbirləri görür”.
 
Tərtər rayonunun azərbaycanlı sakinləri litvalı qonaqlarla söhbət zamanı təkcə ona görə təəssüfləniblər ki, ABŞ və Avropa İttifaqı Bakının təqdim etdiyi faktlardan daha çox Yerevanın yaydığı uydurmalara inanmağı üstün tutur. Bu il aprel ayının ilk günlərində birinci atəş açanın hansı tərəf olması da danılır. Azərbaycanlılara ağır gələn odur ki, Qərb Dağlıq Qarabağ faciəsini təhlil edərkən işğalçıya daha mülayim, işğalın qurbanına isə daha sərt standartlar tətbiq edir.
 
G.Visotkas “International Eurasia Press Fund”un rəhbəri Umud Mirzəyev: Azərbaycanın əsas vəzifəsi Dağlıq Qarabağı özünə qaytarmaqdır” sərlövhəli məqaləsində erməni terrorizminin tarixi barədə söhbət açır. Litvalı jurnalist qeyd edir ki, Ermənistan–Türkiyə və Ermənistan-Azərbaycan fikir ayrılıqlarına heç bir aidiyyəti olmayan danimarkalılar, almanlar, fransızlar, amerikalılar da erməni terror təşkilatlarının əməllərindən zərər çəkiblər.
 
Fondun rəhbəri Umud Mirzəyev tarixçi Algimantas Lekislə və bu sətirlərin müəllifi ilə söhbətində etiraf edib ki, Azərbaycanın ən böyük bəlası Dağlıq Qarabağdır. Bu, əsas və ən böyük problemdir. Ölkənin uğurlu tərəqqisini çətinləşdirən də budur. U.Mirzəyev diqqətə çatdırıb ki, çox vaxt ikili standartları rəhbər tutan Avropa da azərbaycanlıların Dağlıq Qarabağı özlərinə qaytarmasına kömək etmir. Avropanın bəzi liderləri sözdə etiraf edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir. Lakin həmin liderlər ən kiçik bir bəhanə axtarırlar ki, guya həmin amil yanlış yolda olan rəsmi Yerevana təzyiq göstərməyə imkan vermir. Onlar demokratiya, mətbuat azadlığı, insan hüquqlarının pozulması barədə uzun-uzadı müzakirələr aparır, lakin bununla bərabər bir milyondan çox azərbaycanlının doğma evlərinə qayıtmaq hüququna etinasızlıq göstərirlər.
 
G.Visotkas “Azərbaycanın Quba rayonu hansı faciəni xatırlayır?” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan fikir ayrılıqlarını təhlil edərək keçmişə qısa nəzər salır. Müəllif 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi tarixini üç Baltikyanı dövlətin həyatında analoji hadisələrlə müqayisə edir. Bununla bərabər jurnalist vurğulayır ki, azərbaycanlıların bəxti az gətirib. Bolşeviklər çox qısa müddətdə azərbaycanlıların azadlıq arzularını qan gölməçələrində boğublar. Bu məsələdə bolşeviklərə erməni terror qruplaşmaları kömək edirdi. Tarixi mənbələrdə göstərilir ki, 1918-ci ilin baharında onlar təkcə Quba regionunda 167 Azərbaycan kəndini yerlə-yeksan ediblər. O faciəli günlərdə Qubada həyatını itirmiş dörd mindən çox Azərbaycan sakini arasında kişilərlə bərabər qadınlar və uşaqlar da vardı. Bu amansız hücumların qurbanları arasında Qubada yaşayan bütün xalqların – ləzgilərin, yəhudilərin, tatların, avarların, qrızların nümayəndələri olub.
 
G.Visotkas vurğulayır ki, 1918-ci ilin baharı Azərbaycan tarixində ən faciəli səhifələrdən biridir. Lakin Azərbaycan tarixçiləri yalnız 1991-ci ildən - Sovet İttifaqı dağılandan və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra həmin mövzu ilə bağlı intensiv araşdırmalar aparmağa başlayıblar.
 
2007-ci ildə bu araşdırmalarda ciddi irəliləyiş olub. Məhz həmin ildə Qubada 1918-ci il qırğınına dəlalət edən kütləvi məzarlıqlar aşkar olunub.
 
Kütləvi məzarlıqların tədqiqindən sonra Azərbaycan rəhbərliyi həmin ərazidə muzey yaradılması barədə sərəncam imzalayıb. Muzeydə bir neçə ekspozisiya var. Burada 1918-ci il qırğınları barədə sənədlərin surətləri, Qubanın həmin hadisələr zamanı həlak olmuş görkəmli ictimai, siyasi, mədəni xadimləri barədə hekayətlər, dünya şöhrətli ictimai xadimlərin Azərbaycanın üzləşdiyi müsibətlər barədə rəyləri saxlanılır...
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
Hamısı