Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Azərbaycanlı həmkarı Elmar Mammadyarov ilə Bakıda mətbuat konfransı keçirib.
Mətbuat konfransında iştirak edən "Eurasia Diary"-nin müxbirinin verdiyi məlumata görə, Çavuşoğlu deyib ki, FETÖ Türkiyədə nə planlaşdırırsa, bütün dünyada da eyni şeyləri planlaşdırır: "Son dəfə Azərbaycana gələndən bir neçə saat sonra Türkiyədə çevriliş baş verdi. Prezident liderliyində, Türk xalqının, Azərbaycan hakimiyyətinin və xalqının dəstəyi ilə çevriliş uğursuz nəticələndi. Türk xalqına və rəhbərliyinə təşəkkür edirik. FETÖ Türkiyədə nə planlaşdırırsa, bütün dünyada da eyni şeyləri planlaşdırır".
TANAP-ın əhəmiyyətli bir layihə olduğunu vurğulayan Çavuşoğlu bildirib ki, Azərbaycanlı həmkarı ilə bu barədə də müzakirələr aparıb.
Çavuşoğlu: "Biz istəyirik ki, türk firmaları Azərbaycan iqtisadiyyatına daha böyük yatırımlar etsin. Bakı -Tiflis - Qars layihəsi tamamlandıqdan sonra hər şey daha yaxşı olacaq. TANAP bizim üçün ən əhəmiyyətli ortaq layihəmizdir. Üçlü mexanizmlərimizi və əməkdaşlığımızı qiymətləndirmişik. Strateji əməkdaşlıq məsələlərini də qiymətləndirdik."
Türkiyənin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu vurğulayan nazir, "Qarabağ problemi ilə bağlı fikir mübadiləsi apardıq. Başda Rusiya olmaq üzrə üçüncü ölkələr mövzusunda qiymətləndirmə aparmışıq. MİNSK qrupu da Qarabağ problemini həll etməlidir. Biz Türkiyədən hər zaman dəstək verməyə hazırıq"-deyə vurğulayıb.