Terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır - Almaniya kansleri | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır - Almaniya kansleri

Siyasət A- A A+
Almaniya kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefona danışığı olub.
 
“Report” “DW”-yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin mətbuat katibinin müavini Ulrike Demmer bildirib.
 
Onun sözlərinə görə, A.Merkel deyib ki, terrora qarşı mübarizədə Türkiyəyə yardım etmək lazımdır. Telefon danışığı zaman tərəflər terrora qarşı mübarizədə əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. 
 
Almaniya kansleri İstanbulda törədilən terror aktı nəticəsində xəsarət alanlara tibbi yardım etməyə hazır olduqlarını da vurğulayıb.
 
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 41 həlak olub,154 nəfər yaralanıb.
 
Şəhid olanlardan 31-I polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır.
Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...