`Azərbaycan diqqət mərkəzində olacaq` Əli Əhmədov

Siyasət 21:28 13.01.2017

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar yanvarın 13-də Nazirlər Kabinetində müşavirə keçirilib.

Müşavirədə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Əli Əhmədov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən və aktuallığından danışıb. Əli Əhmədov vurğulayıb ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, eyni zamanda, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir.

Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu qeyd edən Baş nazirin müavini dövlətimizin İslamın dəyərlərinə və irsinə həssas münasibətindən və qayğısından söhbət açıb. O, Azərbaycanın İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu, qlobal əhəmiyyətli bir sıra mühüm forumların təşkilatçısı kimi çıxış etdiyini söyləyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verir. İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir, bu həmrəyliyin istənilən səviyyədə olmaması bizi nəinki düşündürür, həm də çox narahat edir. Prezident İlham Əliyev bu addımı ilə Azərbaycanın İslam həmrəyliyinə töhfə vermək əzmini nümayiş etdirdi.

Baş nazirin müavini qeyd edib ki, İslam cəmiyyətlərinin gələcəyi, transformasiya problemi ilə əlaqədar modellər üzərində iş aparılarkən Azərbaycan xüsusilə diqqət mərkəzində olacaq. İslam cəmiyyətlərinin gələcəyi necə olmalıdır, İslam müasir dünyaya necə uğurla transformasiya edilməlidir, onun qəbul etdiyi bir parçaya necə çevrilməlidir kimi suallara cavab axtararkən Azərbaycan modelini əminliklə nümunə göstərmək mümkündür.

Ölkəmizin İslam həmrəyliyinə verə biləcəyi töhfələrin əhəmiyyətini qeyd edən Baş nazirin müavini dedi ki, Azərbaycanın inkişaf perspektivləri, dünyadakı yeri, yüksək imici respublikamızın bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Azərbaycan İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir. İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam mədəniyyətinə və elminə böyük töhfələr verib.

İslam həmrəyliyinin güclü faktora çevrilməsinin vacibliyini qeyd edən Əli Əhmədov vurğuladı ki, bu, bir tərəfdən İslam ölkələrinin üzləşdiyi problemlərin həlli, digər tərəfdən həmin problemlərin dərinləşməsinin qarşısının alınması baxımından xüsusi önəmə malikdir.

Müşavirədə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova “İslam Həmrəyliyi İli” çərçivəsində görüləcək işlər barədə danışaraq elmi konfransların, “dəyirmi masa”ların, simpoziumların, seminarların, müsabiqələrin keçirilməsinin, elmi məqalələrin, topluların, kitabların, bukletlərin nəşr edilməsinin, poçt markalarının buraxılmasının, müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində həm ölkə daxilində, həm də müsəlman ölkələrində müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirdilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev İslam həmrəyliyinin, islami dəyərlərin, İslam mədəni irsinin dünyada təbliği, mədəniyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin, müsəlman ölkələri gənclərinin qarşılıqlı səfərlərinin təşkili, müvafiq sərgilərin, festivalların keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “İslam Həmrəyli İli” ilə əlaqədar keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin yüksək səviyyədə işıqlandırılacağını bildirdilər. Diqqətə çatdırdılar ki, rəhbərlik etdikləri KİV-lər bununla bağlı iş planı hazırlayıblar. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti və aktuallığı, həmçinin Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr, eləcə də bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə xəbərlərin, reportajların həm ölkə daxilində, həm də beynəlxalq miqyasda geniş yayılması qarşıya əsas vəzifə kimi qoyulub.

Baş nazirin müavini Əli Əhmədov müşavirəyə yekun vuraraq Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının zamanın çağırışlarına cavab verən mühüm addım olduğunu qeyd etdi. Bildirdi ki, bu, dövlətimizin başçısının İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir"
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Hamısı