Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Qafqaz regionunda yeni eskalasiya üçün heç bir əsas görmür.
“EDnyus” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Ermənistan balanslaşdırılmış siyasət yolu ilə öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir", - nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq bu yaxınlarda iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədinə tam uyğundur: "Əməkdaşlığımız yeni sənəd çərçivəsində davam edəcək.
Biz bir sıra istiqamətlərdə irəliləyiş əldə etmişik. Bu əməkdaşlıqdan məmnunuq. Müsbət dinamika var".