"Facebook Tv" fəaliyyətə başlayacaq

Elm və texnologiya 16:22 01.02.2017
"Facebook TV" üçün geri sayım başladı.
 
Televizorlar və Apple TV kimi digər cihazlar üçün video əsaslı yeni bir tətbiq hazırladığı bildirilən "Facebook", istifadəçilərin daha çox video məzmunlardan istifadə etməsini istəyir.
 
Video reklamlar üçün yeni və heç olmadığı qədər iddialı bir platforma hazırlayan "Facebook", öz orginal məzmunlarının da istehsalına başlaya bilər.
 
Mobil TV
 
"Wall Street Journal"ı etibarlı mənbələrə əsasən bildirir ki, "Facebook", reklam gəlirlərinin yavaşlamadan artmağa davam etməsi üçün video əsaslı bir sosial şəbəkəyə çevrilir.
 
Bu isə o deməkdir ki,  "Facebook"un bu günə qədər etdiyi video yenilikləri buz dağının sadəcə görünən tərəfidir.
 
 2015-ci ildə video yeniliklərinə ağırlıq verməyə başlayan "Facebook" üçün video, keçdiyimiz il o qədər vacib hala gəldi ki, bəzi işçiləri platformanı "mobil TV” deyə adlandırmağa başladı.
 
İstifadəçilərə ilk mərhələdə istədikləri videonu izlətdirən və yeni videolar təqdim edən "Facebook", qısa bir müddət əvvəl canlı video xüsusiyyətini aktiv etdi. İndi isə sıra yüksək keyfiyyətli məzmunlara gəlib çatıb.
 
Mobildən video üstünlüklü sosial şəbəkəyə
 
Yüksək keyfiyyətli video məzmunları, TV bənzəri, 10 dəqiqədən uzun orginal məzmunları əhatə edir.
 
Bunlar ssenarili verilişlər, idman ya da əyləncə məzmunlarını əhatə edir.
 
Ötən ilin sonlarında "Facebook"un orginal məzmunlara maddi dəstək göstərəcəyi və ya satın alacağı barədə yayılan xəbərlər də bu inkişafı təsdiqləyir.
 
"Facebook"un yeni video planları ilə bağlı orginal məzmun prosesi, şirkətin Qlobal Strategiyalar Departamentinin rəhbəri Ricky Van Veen tərəfindən idarə edilir.
 
Van Veen, "Facebook"-a məşhur CollegeHumor saytından transfer olmuşdu.
 
Xəbərə görə "Facebook"un video əsaslı hala gəlmə prosedurunda, video, şirkətin bütün məhsul və servislərinə inteqrasiya edilir.
 
"Facebook", keçən həftə Instagram Stories-ə oxşar bir məhsul üzərində testlərə başlamışdı.
 
"Instagram" da daxil olmaqla şirkətin "Snapchat" klonlama cəhdləri video istifadəsini artırmağa istiqamətlənmiş bir metod axtarışıdır.
 
"Facebook"un 90 saniyə videoları xəbər lentində irəli çıxararaq, video reklamların da daha çox izlənməsinə şərait yaradacağı aydın görünür.
 
Video, bütün "Facebook" məhsullarına inteqrasiya edilir
 
Video reklamlar mövzusunda, yaxın zamanda video ortasında görünən reklamları təqdim edən "Facebook", bunları hələki canlı yayımlar üçün istifadə edir.  Ancaq bu formatın bütün videolara tətbiq olunması gözlənilir.
 
TV yayımlarını xatırladan reklam formatı, bir videonun ən az 20 saniyə izlənməsi halında 15 saniyəlik video reklamlar göstərilməsinə şərait yaradır. "Facebook", "YouTube"dan fərqli olaraq videodan əvvəl göstərilən reklamlara qarşıdır.
 
"Facebook"un yeni video mərkəzli tətbiqi, orginal və premium video məzmunlarına ev sahibliyi edəcəyi bildirilir. "Facebook", bunun üçün prodüserlərlə görüşməyə davam edir.
 
Dünya üzrə reklam xərcləmələrinin statistikalarına baxsaq, rəqəmsalın bu il ilk dəfə TV reklam xərcləmələrini geridə qoyması gözlənilir. "Facebook"un yeni video tətbiqi, bu qalanı içdən fəth etmək üçün ilk və ən vacib addımdır.
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı