“Facebook”a məxsus olan, virtual reallıq eynəklərinin istehsalçısı “Oculus” şirkəti “ZeniMax” şirkətinə yarım milyard dollar cərimə ödəməlidir.
Bu barədə məhkəmə qərar çıxarıb.
“Zenimax” bildirib ki, onun işləyib hazırladığı layihələr “Oculus” tərəfindən “Rift” virtual reallıq eynəklərinin buraxılması üçün istifadə olunub.
Məhkəmə iddiası “Facebook”un “Oculus” şirkətini 2014-cü ildə satın almasından əvvəl qaldırılıb.
“ZeniMax” “Facebook”dan 6 milyard dollar tələb edirdi. Lakin hakim 500 milyon dollar cəriməni yetərli sayıb.
“Facebook” qərardan apellyasiya verəcək.