ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın “Samsung” korporasiyasının ABŞ-da müəssisə inşa etmək məsələsini nəzərdən keçirməsinə münasibət bildirib.
D. Tramp “Samsung”un bu planını alqışlayıb.
“Sağ ol, “Samsung!” Biz sizi qəbul etməyə şad olacağıq”, - deyə D. Tramp “Twitter”də yazıb.
Qeyd edək ki, “Samsung” bazarda ABŞ-ın “Apple” korporasiyasının əsas rəqibidir.