"Urban Gear Armor” şirkəti, mobil telefonların ekstremal şəraitlərdə salamat qalmalarını təmin edən xüsusi keyslər hazırlayır.
İnternetdə sözügedən şirkətin iPhone 7 ilə etdiyi maraqlı bir təcrübənin videosu təqdim olunub.
Belə ki, şirkət, iPhone 7-ni meteoroloji zond vasitəsilə stratosferin yuxarı qatlarına göndərib.
Bu cür təcrübə, Monarch adlı keysin dözümlülüyünü test etmək üçün aparılıb.
iPhone 7-nin hazırda ən məşhur smartfon olduğu üçün məhz bu cihazın testdən keçirilməsi qərara alınıb.
Beləliklə, iPhone 7-ni xüsusi qoruyucu konteynerə yerləşdirib kosmosa göndəriblər.
2 saat yarımdan sonra meteoroloji zond 36 km hündürlükdə olub.
Daha sonra meteoroloji zonddakı şar partlayıb və iPhone 7 enməyə başlayıb.
İndi əsas sual ondan ibarətdir ki, iPhone 7 salamat qalıbmı? Onu aşağıdakı videoya baxaraq öyrənə bilərsiniz.