57 yaşlı amerikalı astronavt Peggi Vitson kosmosdakı fəaliyyətini başa vurub və 288 gün sonra Yerə qayıdıb.
O, iki həmkarı ilə birgə Qazaxıstanda yerə enib. Peggi bununla kosmosda ən çox qalan amerikalı və kosmosda ən çox qalan qadın adını qazanıb.
Eyni zamanda, 57 yaşlı qadın kosmosda ən çox məsafə qət edən qadın astronavt hesab olunur. (Metbuat.az)