Facebook’da video paylaşarkən bu 5 fakta diqqət edin!

Elm və texnologiya 13:59 06.09.2017

Hazırda sosial şəbəkələrdə ən çox maraq yaradan məzmun video-məzmundur. Hesablamalar göstərir ki, video-paylaşımlar daha çox insana çatır, daha çox reaksiya toplayır. Sosial media analizi üzrə ixtisaslaşmış məşhur platforma Buzzsumo Facebook-da paylaşılan 100 milyon videonu təhlil edərək maraqlı nəticələr əldə edib. Bu haqda məqaləni görən kimi, düşündüm ki, bunu oxucularımızla mütləq bölüşmək lazımdır.

Ölkəmizdə ən məşhur sosial media platforması olan Facebook-da uğurlu paylaşımlar etmək, hədəf auditoriyanın diqqətini cəlb etmək, daha çox reaksiya toplamaq hazırda sosial media agentliklərimizin və sosial media menecerlərinin çatmaq istədiyi əsas hədəflərdən biridir. Mediamark Agentliyi olaraq sosial media xidməti göstərdiyimiz onlarla şirkətin sosial media hesablarını analiz etdikdə aydın olur ki, hazırda daha çox insana çatan, daha çox reaksiya toplayan məzmun məhz videodur. Dünya praktikasında da oxşar göstəricilərdir.

 

Facebook’da edilən paylaşımlarin səhifənin izləyicilərinə çatma faizi

100 milyon videonun təhlili maraqlı nəticələr ortaya çıxarıb. 2017-ci ilin aprel ayında Facebook’da edilən paylaşımlar arasında istifadəçilərə daha çox çatan məzmun video olub, səhifəni izləyənlərin 12.05%-nə çatıb. Foto-paylaşımlar səhifə izləyicilərinin 11.63%-nə, linklər 7.81%-nə, sadə mətn paylaşımları isə 4.56%-nə çatıb. Həmçinin video-paylaşımlar ən çox reaksiya (engagement) toplayan məzmun növü olub.

 

 

Ən çox reaksiya toplayan video kateqoriyaları

Ən çox maraq doğuran videolar qida ilə bağlı videolar olub. Bu kateqoriya digərlərindən 2 dəfəyədək çox reaksiya toplayıb. Növbəti yerlərdə moda və gözəllik, heyvanlar, “özün hazırla” (DIY), gülməli/əyləncəli paylaşımlar, oyun, texnologiya və s. olub.

 

Facebook’da paylaşılan videoların uzunluğuna görə ortalama reaksiya nisbəti

Paylaşılan videoların uğurlu nəticə almasının əsas göstəricilərindən biri də onun davam etmə müddətidir. Təhlil edilən videoların statistikası göstərib ki, video üçün ən uğurlu uzunluq 30 saniyədən 2 dəqiqəyədək avideolardır. Videonun uzunluğu 30 saniyədənn az olduqda və ya 2 dəqiqədən çox olduqda reaksiya nisbəti azalmağa doğru gedir.

 

Facebook Live

Amma söhbət Facebookda Canlı Yayım (Live) funksiyasından gedirsə bu zaman qısa videolar uğursuz olacaq. Statistikaya görə Facebook’da Canlı Yayıma qoşulursunuzsa bu yayım azı 15 dəqiqə davam etməlidir. Çünki 15’ci dəqiqəyədək reaksiyaların sayı artan tempdə davam edir. Bundan sonra isə reaksiyaların sayında stabilləşmə olduğu görünür.

 

Videolara gələn reaksiyalar

Facebookda paylaşılan videolara ən çox gələn reaksiya gülmək (Haha) reaksiyasıdır. Bu da çox güman ki, onunla əlaqədardır ki, sosial mediada daha çox gülməli, əyləncəli videolar viral olur, buna görə də bu tip videolara daha çox gülmək reaksiyası gəlir. İkinci yerdə isə ürək (Love) reaksiyasıdır.

 

 

Yuxarıdakı məlumatları ümumiləşdirsək, çalışmaq lazımdır ki, Facebook-da paylaşılan videoların uzunluğu 30 saniyədən 2 dəqiqəyədək olsun. Əgər Facebook Live edəcəksinizsə bu zaman azı 15 dəqiqə davam etsin. Orkhanrza.com-da yayımlanan video-bloqları izləyənlər bilir ki, bir neçə ay öncə “55 saniyə”rubrikasına start vermişik. Bu rubrikada paylaşılan videoların uzunluğu 55 saniyədir. Bu da ona görədir ki, zaman keçdikcə istifadəçilər sürətli, qısa videoları izləməyi üstün tuturlar. Yuxarıdakı statistik göstəricilər də bunu sübut edir.

İstənilən halda sosial şəbəkələrdə video-məzmunun sayını artırmağa, mümkün qədər qısa və maraqlı, diqqəti cəlb edəcək şəkildə hazırlamağa çalışın və hazırladığınız videolara reklam büdcəsi ayırıb, reklam kampaniyaları yaradın ki, videonu daha çox insan görsün, gördüyünüz iş hədər getməsin.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Hamısı