iPhone 8 və 8 Plus smartfonlarının dünya üzrə satışları bu yaxınlarda başladı, amma istifadəçilər artıq onlarda xoşagəlməz xüsusiyyətlər aşkar ediblər.
Apple-ın yeni smartfonlarında Skype işləmir. Bu barədə Phone Arena nəşri məlumat yayıb.
Belə ki, yeni iPhone-nin bir çox sahibi bildiriblər ki, həmişə kifayət qədər sürətli işləyən proqram yeni smartfonda anlaşılmayan səbəbdən qəflətən “donur”. iOS-un təkrar işə salınması və devaysın yenidən yüklənməsi problemi həll etmir.
Qeyd etməyə dəyər ki, Microsoft-da problemdən artıq xəbərdardırlar və səhvin aradan qaldırılması üzərində işləyirlər. Hazırda səhv aradan qaldırılıb və yoxlamadan keçir.
Buna görə də, iPhone 8 və 8 Plus sahibləri Skype-ın yenilənməsini gözləməlidirlər.(publika.az)