Rusiyanın mediaya nəzarət qurumu “Roskomnadzor” (Rabitə sahəsində informasiya texnologiyaları və kütləvi kommunikasiyaya nəzarət üzrə Federal xidmət) dünyanın ən böyük sosial şəbəkəsinin 2018-ci ildə Rusiya istifadəçiləri üçün bağlanacağını bildirdi.
“Roskomnadzor”un rəhbəri Aleksandr Jarovun sözlərinə görə, Facebook Rusiyada qadağan olunan Linkedin-in aqibətini təkrarlaya bilər.
Məlumat üçün bildirək ki, Facebook qurucusu Mark Zukerberq öz hesabında paylaşdığı videoda Rusiya ilə bağlı qalmaqallı iddialar səsləndirmişdi.
O, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini və bunu Facebook vasitəsilə həyata keçirdiyini bildirib. Rusiya da öz növbəsində, deyilənlərin absurd olduğunu və sosial şəbəkənin bu ölkədə qadağan ediləcəyi ilə hədələyib.