Son günlər facebook sosal şəbəkəsində yaranan problemlər gündəmin əsas mövzularından birinə çevrilib. Problemin yaranma səbəbləri ilə bağlı bir sıra versiyalar irəli sürülür. Bəs dünyanın ən populyar sosial şəbəkəsində yaranan problem əslində nə ilə bağlıdır? Eurasia Diary-nin suallarını İKT üzrə ekspert Cahid İsmayıloğlu cavablandırıb.
Onun sözlərinə görə, bunlar normal proseslərdi.
Çünki facebook böyük bir sistemin üzərində dayanıb və bu serverlərdə yerləşdirilir. “Əlbəttə bunlar müntəzəm olaraq yenilənir təkmilləşdirilir və texnika olduğu üçün də müəyyən təkmilləşdirilmə prosesləri zamanı problemlər yarana bilər. Eyni zamanda bunun səbəbi internetlə də bağlı ola bilər. Bəzən əsas kökdə sistem işləyə bilər ancaq gəlib bu prosesə çatanda provayderdə müəyyən problemlər yarana bilər”-deyə ekspert əlavə edib.
Son günlər onlayn mediada çalışan insanların facebook tərəfindən tez-tez bloklanmasına gəldikrə Cahid İsmayıloğlu deyir ki, bunun səbəbi tamam başqadır.
Facebook-un özünün daxili qanunları var. Əgər həmin qayda-qanunlardan kənara çıxılarsa sosial şəbəkə bu paylaşımlara müdaxilə edəcək və həmin profilə bir müddətlik blok qoyacaq. Digər bir səbəb isə odur ki, ola bilər ki bir profili müəyyən müqdarda istifadəçi şikayət edib. Şiddət olunan məlumatlar da facebook qanunlarına zidd olarsa elektron robot onu oxuyur və dərhal reaksiya verir. Facebook-un siyasi səbəblərdən hansısa ölkədə problem yaratması versiyasına gəldikdə isə ekspert bunun mümkün olmadığını bildirdi. Onun sözlərinə görə facebook rəhbərliyi hər zaman əhatə dairəsini genişləndirməkdə maraqlıdır. Başqa səbəblə hansısa məhdudlaşdırılmadan isə söhbət belə gedə bilməz.