Telefonunuzdakı bəzi proqramlar şarjın tez bitməsinə səbəb olur.
Telefonun şarjını azaldan proqramların siyahısını təqdim edirik.
“Facebook”
“Facebook”la əlaqədar yayımlanan bir məqalədə tətbiqi sildiyiniz halda 20 faiz şarja qənaət edə bilərsiniz.
İstifadəçilərin 5 dəqiqədən bir istifadə etdiyi “Facebook”, son yeniləmələrdəki videoları avtomatik oynatmaqla batareyanın ömrünü qısaldır.
Şarjın daha tez bitməsinə səbəb olan digər proqram isə “WhatsApp”dır.
Antivirus proqramlarının internet üzərindən yüklədiyimiz tətbiqlərlə bağlı yardımı danılmazdır. Ancaq o şarjın tez bitməsinə səbəb olan proqramdır.
“İnstaqram”
Foto çəkib paylaşmaq və “İnstaqram”da yayımlanan qısa videoları izləmək digər tətbiqlər qədər olmasa da, şarjın bitməsinə səbəb olur.
“Skype”
“Skype”da görüntülü danışmaq, səsli zəng edib mesajlaşmaq batareyanın tez bitməsinə səbəb olur.
“Youtube”
“Youtube”da video izləmək şarjı tez bitirir.
Kamera
Telefonun kamerası da batareyanı çox tez bitirən tətbiqlərdən biridir.(metbuat.az)