Dünyanın ən populyar sosial şəbəkəsi hesab olunan Facebook yeniliklər etməyə davam edir.
Facebook-un xəbər lentinin ("News Feed") aktivləşdirməsi KİV-lərin paylaşım və oxunma statistikasının 4 dəfəyə qədər zəiflədib.
Bu yaxın günlərdə Azərbaycanın KİV-ləri üçün də problem yaradacaq.
Alqoritm sınaqdan keçirildiyindən KİV-lərin Facebook-da xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.
"Explore Feed" adlı yeni xəbər lentinin ("News Feed") aktivləşdirilməsi şəbəkə istifadəçilərinin bütün ictimaiyyətə açıq (public) səhifə, qrup xəbərlərini dərc etməsinə şərait yaradır.
Əsas lentdə isə həmişəki kimi sadəcə statuslar, paylaşımlar, fotolar və reklamlar yerləşdirmək mümkün olacaq.
Beləliklə, xəbər saytlarının Facebook üzərindən paylaşılan keçidlərini görmək üçün istifadəçinin "Explore Feed"ə baxması lazım olacaq. KİV-in paylaşdığı xəbərlər isə əsas lentdə yalnız reklam vasitəsilə görünə biləcək.(publika.az)