“Google”dan sonra “Facebook” da öz serverlərini Azərbaycanda yerləşdirib.
Bu barədə açıqlama verən Multimedia "İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bununla bağlı “Azertelecom” beynəlxalq operatoru ilə “Facebook” arasında müqavilə imzalanıb:
“Yəni, “Azertelecom” bəkbon provayderi vasitəsilə qlobal şəbəkəyə qoşulan yerli istifadəçilər “Facebook” kontentini daha tez və keyfiyyətli formada əldə edə biləcəklər. Nəzərə alsaq ki, “Azertelecom”dan internet alan provayderlərin sayı artmaqda davam edir. Bu müqavilə ilə “Azertelecom” beynəlxalq trafikə də xeyli qənaət etmiş olacaq. Ümumiyyətlə isə düşünürəm ki, bu tip qlobal şirkətlərin ölkəyə ayaq açması, hətta nümayəndəliklərinin ölkəmizdə olması doğru və çox faydalı olardı. Odur ki, “Azertelecom”un “Facebook” kimi nəhəng şirkətlə anlaşaraq belə bir razılığa gəlməsi çox əhəmiyyətli bir addımdır. Bu addım gələcəkdə “Facebook” və digər bu kimi qlobal şirkətlərlə əməkdaşlığın genişləndirilməsi üçün onların Azərbaycandan əldə etdiyi gəlirlərin bir hissəsinin vergiyə cəlb edilməsi ilə ölkədə rəqəmsal sahibkarlığın inkişafı və bütövlükdə Azərbaycan İnternetinin inkişafı üçün yeni imkanlar aça bilər”. (Metbuat.az)