Birləşmiş Ştatlarda astronavt Brüs Makkendless 80 yaşında dünyasını dəyişib.
Bu barədə NASA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, o, bəşər tarixində ilk dəfə olaraq sığortasız açıq fəzaya çıxıb.
Bundan əlavə, Makkendless ən böyük kosmik teleskop "Hubble"nin quraşdırılmasında iştirak edib.