İran ən yaxın həftələr ərzində “Telegram” sosial şəbəkəsini milli messencerlə əvəz etməyi planlaşdırır.
“Mehr” agentliyi xəbər verir ki, bu haqda İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdi bildirib.
Bürucerdi vurğulayıb ki, “Telegram”ın İran alternativinin yaradılması haqqında qərar hakimiyyətdə ən yüksək səviyyədə qəbul edilib. Onun sözlərinə görə, qərar ötən il İran şəhərlərində keçirilən etirazların gedişatında “Telegram”ın dağıdıcı rolu nəzərə alınaraq “milli təhlükəsizlik naminə” qəbul edilib.
O əlavə edib ki, milli messencer aprel ayının 20-nə kimi yaradılacaq.
Parlament komissiyasının sədri ümidini ifadə etdi ki, “Telegram”ın iranlılar arasında məşhurluğuna baxmayaraq, milli messencer onu tezliklə əvəz edəcək. O, “Telegram” mümkün bağlanmasının başqa təfərrüatlarını açıqlamayıb. (publika)