ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi NASA qütblərdəki buzlaq dəyişmələrini araşdırmaq məqsədiylə kosmosa 1 milyard dollar dəyərində peyk buraxıb. Bu barədə Eurasia Diary "Anadolu Agentliyi"nə istinadla xəbər verir.
NASA Amerikanın ən müvəffəqiyyətli raketlərindən biri olaraq bilinən United Launch Alliance 155. və sonuncusu olan ICESat-2 adlı peyki layihə çərçivəsində kosmosa çıxarıb.
NASA-dan edilən şərhə görə, peyk Qrelandiya və Antarktika buzlaqlarındakı buz təbəqələrinin qalınlığını, ərimə nisbətini, dəniz səviyyəsindəki dəyişmələri və başqa əməliyyatları həyata keçirəcək.
Əldə edilən nəticələri elm adamlarına ötürəcək olan peyk, beləliklə buz təbəqələrinin zaman içərisindəki dəyişməsinə, qlobal istiləşmə ilə əlaqədar buz itkilərinə və digər faktorların dünyadakı dəniz səviyyələrinə necə təsiredəcəyinə dair məlumatları təqdim edəcək.
Peyk 3 il ərzində izləmə fəaliyyətini göstərəcək.
Peyk, buzlaq əriməsi, qlobal istiləşmə ilə bağlı dəyişikliklər və dəniz səviyyələrini ölçməklə yanaşı eyni zamanda, bitki, qar təbəqələri və çay yüksəkliklərini də hesablayaraq dünyadakı sel və quraqlıq haqqında, canlı davranışları və karbon qazının ölçülməsi mövzusundakı araşdırmalara töhfə verəcək.