Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) payız fəslinin Azərbaycana gələcəyi vaxtı açıqlayıb.
Eurasia Diary "AZƏRTAC"-ın AMEA-dan aldığı məlumata istinadən xəbər verir ki, payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:54-də daxil olacaq.
Növbəti payız fəsli 2019-cu il sentyabrın 23-ü saat 11:50-də başlanacaq və Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.