Avropa Alstom dəmiryolu şirkəti tərəfindən hazırlanan dünyanın ilk hidrogen enerjisi istifadə olunan qatarı Almaniyada istifadəyə verilib.
Eurasia Diary xəbər verir ki, şirkətdən verilən açıqlamada, "Coradia iLint" adlı qatarın saatda 140 kilometr məsafə qət etdiyi və Almaniyanın Aşağı Saksonya bölgəsində 100 kilometrlik ərazidə xidmət göstərəcəyi bildirilir.