Sentyabrın 23-də Professor Çarlz Kao 84 yaşında Honqkonqda vəfat edib. Eurasia Diary xəbər verir ki, 2009-cu ildə fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə, fizika üzrə Nobel mükafatına layiq görülən alimin dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Qeyd olunur ki, o, uzun illər Alzheymer xəstəliyindən əziyyət çəkib.
Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub. 1948-ci ildə o, ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb. Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.