Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib

Elm və texnologiya 22:51 25.09.2018

Eurasia Diary Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sentyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib.

Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri, ali təhsil müəssisələrinin rəhbərləri, layihəyə cəlb olunmuş ekspertlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Ceyhun Bayramov bildirib ki,  Azərbaycan dünya təhsilində müşahidə olunan trendləri və çağırışları nəzərə alaraq təhsilin insan kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, Prezident cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək səriştəli təhsilverənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərni müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.

Nazir qeyd edib ki, son dövrdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunub.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev qeyd edib ki, layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Bu müddət ərzində artıq layihənin 1-ci komponenti üzrə bir neçə tədbir həyata keçirilib və üç tərəfdaş ölkənin ekspertlərindən ibarət missiyalar təşkil olunub. Ekspertlərin Bakıya səfərləri çərçivəsində Təhsil Nazirliyi və ali təhsil müəssisələrində geniş müzakirələr aparılıb və müvafiq mövzular üzrə seminarlar təşkil olunub.

Daha sonra çıxış edən  Avropa İttifaqının əməkdaşlıq şöbəsinin müdir əvəzi Alexandra Nerisanu , Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs, layihənin Avropa İttifaqı üzrə rəhbəri Bruno Curvale  bu əməkdaşlıqdan məmnun olduqlarını bildirib, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışıblar.

Sonra layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, layihənin Litva üzrə rəhbəri Giedris Viliünas, layihənin Latviya üzrə rəhbəri Baiba Ramina, layihənin rezident koordinatoru Liza Baydanova görülən işlərlə bağlı məlumat verib, həyata keçiriləcək növbəti tədbirlərdən danışıblar.

Proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin davamı olaraq aparılır.

İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı