Əgər insan 200 milyon il əvvəl yaşasaydı o, möcüzəli varlıqların şahidi olardı. Cənubi Afrikada yeni dinozavr növlərinin qalıqları üzərində aparılan araşdırmalar nəticəsində 11.7 ton ağırlığında brontozavr şəcərəsindən gələn yeni növ aşkarlanıb. Bu barədə Eurasia Diary CNN-ə istinadla xəbər verir.
Bu növ Ledumahadi adlandırılıb, mənası Sesoto dilində “Şəfəqdə böyük göy gurultusu” deməkdir. Həmin dövr üçün bu dinozavr ən böyük otyeyən hesab edilir.