İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri - Nobel həftəsi başlayır.
Eurasia Diary xəbər verir ki, Stokholmda Nobel həftəsi başlayır. Bir neçə saatdan sonra tibb və fiziologiya sahəsində laureatlar məlum olacaq. Qaliblərin seçilməsi və hətta namizədlərin adları gizli saxlanılır. Siyahıda mükafata iddiaçı olan 300 nəfərdən çox namizədin adı var.
Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel Sülh Mükafatına yönəlib. Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.