Qara dənizdə aparılan araşdırmalar zamanı 2400 illik tarixə malik gəmi qalıqları aşkarlanıb. Gəminin yunan ticarət gəmisi olduğu hesab olunur.
Eurasia Diary Sputnik-ə istinadən xəbər verir ki, Qara dənizdə neft və qaz aşkarlamaq üçün suyun dibinin xəritəsini hazırlayarkən bu gəmi tapılıb.
Gəminin e.ə 4-cü əsrə aid olması müəyyən edildikdən sonra onun tapılan ən qədim gəmi olması təsdiq olundu. Qeyd edək ki, alimlər gəminin bünövrəsinin sağlam qalması antik dənizçilik haqqında fikirləri dəyişdirəcəyini hesab edir.