“Maykrasoft”un yaradıcısı Bill Qeyts gələcəkdə robotlara xüsusi vergilərin tətbiq oluna biləcəyini yazıb.
Eurasia Diary xəbər verir ki, B.Qeytsin sözlərinə görə, robotlardan vergi tutulması insanların iş yerlərini qoruyub saxlamasına imkan yaradacaq.
Milyarder həmçinin yaxın onilliklərdə sürətli avtomatlaşmanın milyonlarla insanı işsiz qoya biləcəyini də qeyd edib.