Gələn ildən etibarən Çin məktəblərində süni intellekt fənn kimi tədris ediləcək.
Eurasia Diary xəbər verir ki, hazırda pilot layihə kimi tətbiq edilən süni intellekt dərsləri könüllü və məcburi fənn kimi təşkil olunacaq.
Çin Beynəlxalq Radiosunun xəbərinə görə, süni intellekt bacarıqlarını öyrədən dərs kitabları bir çox məktəbdə könüllü, ya da məktəbin dərs yükünə əlavə edilərək oxudulacaq.
Kitablar ibtidai və məcburi 9 illik ümumtəhsil məktəbləri üçün 10 seriya formasında hazırlanıb. Bu kitablarla şagirdlərə kompüter bilikləri, mühəndislik, texnologiya yazarlığı kimi bir çox sistematik bilgilər öyrədiləcək.
Qeyd edək ki, Çin Dövlət Şurasının ötən il 3 mərhələdən ibarət yol xəritəsi yayımlayıb. Bu layihədə 2030-cu ilə qədər ölkədə süni intellekt sektorunun dəyərinin 150 milyard dollara çatdırılması planlaşdırılıb. Ötən il isə Çində süni intellekt sektorunun dəyəri 28 milyard dollar çıxıb.