BMT-nin xoşməramlı səfiri olan aktrisa Ancelina Coli London İqtisadiyyat Məktəbində "Müharibənin qadınlara təsiri"nə dair dərs deyəcək.
Məktəbin dəvət olunmuş pedaqoqu kimi dərs deyəcək A.Coli proqramın yaradılmasından məmnun olduğunu bildirib: "Qadın haqlarının müdafiəsinə dair müzakirələri mütləq genişləndirmək, münaqişələr zamanı məhz qadınlara qarşı yönəlmiş cinayətlərə son qoymaq lazımdır.
Qeyd edək ki, Britaniyanın keçmiş xarici işlər naziri Vilyam Xeyq və Ancelia Coli artıq uzun illərdir birgə təsis etdikləri "Qadın haqları, Sülh və Təhlükəsizlik Mərkəzi" çərçivəsində əməkdaşlıq edirlər.
2011-ci ildə Ancelina Coli Bosniyada baş vermiş münaqişədən və bu münaqişədən əziyyət çəkən qadınların həyatından bəhs edən "Qan və bal diyarında" adlı film çəkib.
"Eurasia Diary"